İİB: Ölkələrə hazır modellər deyil, tərəfdaşlıq və təcrübə təklif edirik
İslam İnkişaf Bankı (İİB) Qrupu üzv ölkələr üçün etibarlı tərəfdaş statusunu qorumağa çalışır. Bunu İİB Qrupunun sədri Məhəmməd Əl-Cəssir Qrupun 14-cü Özəl Sektor Forumunda deyib.
Onun sözlərinə görə, Bank ölkələrə hazır həllər təqdim etmək əvəzinə, onların ehtiyaclarından çıxış edərək birgə həll yolları hazırlayır və uğurlu təcrübələrin paylaşılmasına üstünlük verir.
Əl-Cəssir regional əməkdaşlığın və inteqrasiyanın davamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, ölkələr öz üstünlüklərini bölüşməli, birgə layihələr həyata keçirməli və əldə olunan faydaları paylaşmalıdırlar.
İİB rəhbərinin sözlərinə görə, davamlı rifah yalnız geniş təbəqələr arasında bölüşdürüldükdə mümkün olur. Bank isə üzv dövlətlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini və birgə layihələrin maliyyələşdirilməsini dəstəkləməklə bu prosesə töhfə verir.
Aytac
Mənbə: anews.az