Image

Bakı–Naxçıvan reysləri ləğv edilib

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən Azərbaycan Hava Yolları (AZAL) 18 iyun 2026-cı il üçün planlaşdırılan Bakı–Naxçıvan istiqamətli iki reysi ləğv edib.Bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, J2-293 və J2-2257 nömrəli reyslər təhlükəsizlik məqsədilə təxirə salınıb. Sərnişinlərə dəyişikliklərlə bağlı əlavə məlumat təqdim ediləcək.

Qeyd olunub ki, hava şəraiti normallaşdıqdan sonra uçuşlar qrafik üzrə bərpa ediləcək.

AZAL-dan bildirilib ki, bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.

Mənbə: anews.az

Xəbər lenti