Image

MCDF: Orta Dəhliz üçün infrastruktur investisiyaları vacibdir

İnkişaf Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzi (MCDF) 7 donor ölkə tərəfindən maliyyələşdirilir, 14 çoxtərəfli inkişaf bankı və beynəlxalq maliyyə institutu ilə əməkdaşlıq edir. Qurum son 5 il yarım ərzində 43 tədbir keçirərək 100-dən çox ölkədən 8 500-dən artıq iştirakçını bir araya gətirib. Bu barədə MCDF-nin Baş icraçı direktorunun baş müşaviri Ayumi Konişi Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildə yaradılan MCDF-nin məqsədi tərəfdaşlıqlar vasitəsilə yüksək keyfiyyətli əlaqələndirici (connectivity) infrastruktur investisiyalarını təşviq etməkdir.

Baş müşavir qeyd edib ki, Orta Dəhliz Asiya və Avropanı birləşdirən mühüm ticarət marşrutu kimi getdikcə daha böyük əhəmiyyət qazanır və onun inkişafı üçün yüksək keyfiyyətli infrastruktur investisiyaları vacibdir.

Ayumi Konişi vurğulayıb ki, Orta Dəhliz üzrə layihələr İslam İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər tərəfdaş institutlar vasitəsilə dəstəklənə bilər.

“MCDF 2021-ci ildə, yəni 5 il əvvəl yaradılmış kiçik çoxtərəfli təşəbbüsdür. Məqsədi tərəfdaşlıqlar vasitəsilə yüksək keyfiyyətli əlaqələndirici infrastruktur investisiyalarını təşviq etməkdir. Göründüyü kimi, biz 7 ölkə tərəfindən maliyyələşdirilirik və 14 çoxtərəfli inkişaf bankı və ya beynəlxalq maliyyə institutları ilə, o cümlədən İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edirik”, –  o əlavə edib.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb