Image

Deputat: Xaricdən maliyyələşən anti-Azərbaycan fəaliyyətlərlə bağlı tədbirlər gücləndirilməlidir

Hazırda Azərbaycanın əleyhinə yönəlmiş informasiya kampaniyalarının bir hissəsi xaricdə fəaliyyət göstərən şəxslər və qruplar tərəfindən həyata keçirilir. Bunu deputat Siyavuş Novruzov deyib. 

“Bu gün xaricdə yaşayan bəzi şəxslər Azərbaycan dövləti, xalqı və dövlət başçısı haqqında həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Hesab edirəm ki, qanunvericilikdə bu məsələlərə ciddi yanaşılmalıdır”, – deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkə tarixində mühüm hadisədir və bu prosesin nəticələrinin obyektiv şəkildə qiymətləndirilməsi vacibdir.

Deputat çıxışında Qarabağ münaqişəsi dövründə baş vermiş hadisələrin tarixi faktlar əsasında araşdırılmasının əhəmiyyətini vurğulayaraq, həmin dövrlə bağlı müxtəlif siyasi qüvvələrin məsuliyyəti məsələsinə toxunub.

Siyavuş Novruzov həmçinin xarici fondlar və təşkilatlar vasitəsilə maliyyələşən bəzi şəxslərin fəaliyyətinin araşdırılmasının vacibliyini qeyd edib.

“Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən, xaricdən maliyyələşən şəxslərlə bağlı araşdırmalar aparılmalı və qanunvericiliyin verdiyi imkanlar çərçivəsində müvafiq tədbirlər görülməlidir”, – deputat deyib.

O əlavə edib ki, informasiya təhlükəsizliyinin qorunması və milli maraqların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalmalıdır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb