Deputat təyyarə biletlərinin qiymətlərindən danışıb
Son dövrlərdə aviabiletlərin qiymətlərində müşahidə olunan artımın həm xarici turistlərin Azərbaycana səfərlərinə, həm də Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətlərinə təsir edir. Bunu deputat
“Aviaşirkətlərin qiymət siyasətinə daha geniş turizm prizmasından yanaşması məqsədəuyğun olardı. Aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına şərait yarada bilər”,- o bildirib.
Deputatın fikrincə, turist axınının artması təkcə aviasiya sektoruna deyil, bütövlükdə turizm sənayesinə müsbət təsir göstərəcək.
“Bu, mehmanxana, ictimai iaşə, nəqliyyat və digər xidmət sahələrinin gəlirlərinin artmasına, həmçinin yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər”, - Göydəniz Qəhrəmanov əlavə edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az