Flora Kərimova xəstəxanadan evə buraxılıb
Azərbaycanın Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.Bu barədə o, özünün rəsmi "İnstagram" hesabında paylaşım edib.
Xalq artisti bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.
Mənbə: anews.az