Image

Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - rəsmi

İşğaldan azad edilmiş ərazilərdə 16–21 iyun 2026-cı il tarixlərində aparılan minatəmizləmə əməliyyatları zamanı 84 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 514 digər partlayıcı sursat aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, qeyd olunan dövrdə ümumilikdə 17 milyon 101 min 573 kvadratmetr (1 710,16 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Minatəmizləmə işləri ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə həyata keçirilib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib.    Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.    Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.    Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti