Image

Ermənistanın internet trafiki qismən Azərbaycan üzərindən keçəcək

Azərbaycanın aparıcı telekommunikasiya şirkəti AzerTelecom ilə Telecom Armenia arasında Ermənistanın beynəlxalq internet bağlantısının Azərbaycan üzərindən təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalanıb.

Şirkətlərin məlumatına görə, razılaşma çərçivəsində regionun magistral internet operatorlarından biri olan “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə coğrafiyasını genişləndirəcək və öz infrastrukturu vasitəsilə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.

Bildirilib ki, əməkdaşlıq regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasına və ölkələr arasında telekommunikasiya sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir.

Müqavilə nəticəsində Ermənistanın beynəlxalq internet trafikinin bir hissəsi Azərbaycan üzərindən ötürüləcək ki, bu da alternativ bağlantı marşrutlarının formalaşdırılmasına imkan yaradacaq.

Mənbə: anews.az

Xəbər lenti