Image

Sabah Cəlilabadın bəzi kəndlərində işıq kəsiləcək

Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Cəlayir” yarımstansiyasından qidalanan 35 kV-luq “Ləkin” hava xəttində təmir işləri aparılacaq.

“Report” xəbər verir ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad və Əsədli kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə: anews.az

Xəbər lenti