Son beş ayda 444 keçmiş məhkum işlə təmin olunub
2026-ci ilin 5 ayında cəzaçəkmə yerlərindən azad olunmuş şəxslərdən 444 şəxs işlə təmin edilib, 6 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Məşğulluq Agentliyi cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Eyni zamanda, həmin şəxslər əmək bazarının tələblərinə uyğun şəkildə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Yanvar-may ayları ərzində 28 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub.
Mənbə: anews.az