93 minə yaxın şəxs Prezident təqaüdü alıb
2026-ci ilin mayında Azərbaycanda 92 814 nəfər şəxs Prezident təqaüdü alıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bundan başqa, məlumata görə, ötən ay əlilliyə görə 246 176 nəfər şəxs pensiya, 225 096 nəfər şəxs aylıq müavinət alıb.
Aytac
Mənbə: anews.az