Salyanda mikroavtobus avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Salyan rayonunda "Ford Transit" markalı sərnişindaşıyan mikroavtobus "Mersedes" markalı avtomobillə toqquşub.
"Report"un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Neftçala rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Etibar Ağamməd oğlu, Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Veysəlova Xoşqədəm Əli qızı, 2006-cı il təvəllüdlü Veysəlova Gülşən Tehran qızı, 1992-ci il təvəllüdlü Bağırov Əlihüseyn Qədəmşah oğlu və 1995-ci il təvəllüdlü Əkbərov Adil Fəxrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az