Image

Azərbaycan Venesuelada baş verən zəlzələlərlə əlaqədar başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Nazirliyin sosial şəbəkə platforması X-də yayımladığı bəyanatda qeyd olunub ki, Azərbaycan tərəfi təbii fəlakətin doğurduğu ağır nəticələrdən dərin kədər hissi keçirir.

“Venesuelada baş verən faciəvi insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq”, – bəyanatda deyilir.

İlkin məlumatlara görə, Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində azı 32 nəfər həlak olub. Təbii fəlakət həmçinin bir sıra yaşayış məntəqələrində ciddi dağıntılara səbəb olub.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb