Image

Ağdamda maşınlar toqquşub, 4 nəfər xəsarət alıb

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Qaradağlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı, 10-LK-622 dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdən gələn “VAZ-2107” markalı, 90-FJ-958 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov və 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti bahalaşıb