Bakı–Naxçıvan aviareysləri ləğv edilib
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyunun 27-nə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan hava limanında müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Bu barədə aviaşirkət məlumat yayıb.
AZAL bildirib ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaq, hava şəraiti normallaşdıqdan sonra isə uçuşlar adi rejimdə bərpa olunacaq.
Aviaşirkətin məlumatına görə, bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq qəbul edilir.
Mənbə: anews.az