Image

Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - faktiki hava açıqlanıb

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 11:00-a olan məlumatında əks olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq