Image

Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb

Lerikdə bir ailənin üç üzvü, habelə daha bir nəfər yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Lənkəran-Lerik yolunda baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladları N.Qurbanlı, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar.

Yaralılar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq xəstəxanaya çatıdırlıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti