Pərvin Abıyeva: “Sponsoru belə məndən istəyirlər...” - VİDEO
Tanınmış aktrisa Pərvin Abıyeva yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" verilişinə qonaq olan aktrisa son bir neçə ildir seriallara çəkilməməyinin səbəbini açıqlayıb. O bildirib ki, çəkiliş zamanı ondan sponsor da tələb ediblər:
"Qane etməyən çox şey var. Son 3 ildir kənara çəkilmişəm. Son 12 ildir səhnədəyəm. Dünənin aktrisası deyiləm. Mənim də özümə görə tələblərim var. Bəzən bu tələbləri yerinə yetirmək istəmirlər. Hətta məndən sponsor tapmağımı istəyənlər də olur".
BAKU.WS