Image

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Həmçinin pensiya indeksasiyasının ənənəvi qaydada son illərin göstəriciləri və cari ilin 10 ayı ərzində orta əməkhaqqı artımı nəzərə alınaraq hesablandığını diqqətə alsaq, hesab edirik ki, bu indeksasiya yenə inflyasiyadan yüksək olacaq və vətəndaşların gəlirləri artacaq", - nazir əlavə edib.

S. Babayev qeyd edib ki, konkret rəqəmin hazırda açıqlana bilməməsinin səbəbi göstəricinin 12 aylıq orta əməkhaqqı artımına müvafiq təyin edilməsidir: "Biz isə orta illik artım rəqəmini yanvar ayının sonunda, yəni 12 aylıq göstərici tam formalaşdıqdan sonra öyrənə biləcəyik. Lakin cari dövr üzrə artım, yanılmıramsa, 7-8 % civarındadır. Növbəti iki ayın göstəricilərini də real olaraq müşahidə edəcəyik və müvafiq indeksasiya vasitəsilə pensiyaçılarımızın gəlirlərinin həqiqi artımını təmin edə biləcəyik. Yəni həm inflyasiya, həm də digər amillərə qarşı".

O bildirib ki, əhalinin, xüsusən pensiyaçıların rifahının mühafizəsi məqsədilə ölkədə hər il pensiyaların indeksasiyası aparılır: "Bu indeksasiya əvvəlki il ərzində orta əməkhaqqının artım həcminə uyğun formada reallaşdırılır. Son beş il ərzində indeksasiyalar orta hesabla 9 % həddində olub".

Nazirin sözlərinə əsasən, 2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacaq:

"Bu sosial paketin həyata keçirilməsi üçün maliyyə təminatı büdcədə ehtiyat fond şəklində nəzərdə tutulub. Hökumət tərəfindən hazırlanan layihələr yekun variantda dövlət başçısına təqdim olunduqdan və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin aidiyyəti maddələr üzrə bölüşdürülməsi həyata keçiriləcək və bu rəqəmləri hamımız görə biləcəyik".

Mənbə: baku.ws

Xəbər lenti