Ərdoğan COP31-ə hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.
O, bu açıqlamanı COP31 Liderlər Sammitindəki çıxışı əsnasında səsləndirib.
Türkiyə dövlət başçısı vurğulayıb ki, beynəlxalq tədbirin hazırlıq prosesinə göstərdiyi dəstəyə görə bir neçə ölkəyə təşəkkür etmək lazımdır:
"COP31 çərçivəsində qəbul ediləcək qərarların bütün bəşəriyyət üçün xeyirli olmasını arzulayıram. Bu xüsusda BMT Baş katibinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Həmçinin əvvəlki COP sədrlikləri zamanı əldə etdikləri təcrübəni bizimlə bölüşən Braziliyaya və can Azərbaycana da təşəkkür edirəm".
Mənbə: anews.az