Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub
Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.
Hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.
Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az