Meksika vətəndaşlarını zəlzələdən zərər çəkmiş Venesueladan təxliyə edir
Meksika zəlzələdən zərər çəkmiş Venesueladan qayıtmaq istəyən 26 vətəndaşını təxliyə edəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin məlumatına görə, Meksika Hərbi Hava Qüvvələrinin təyyarələri ilə vətənə qayıtmaq istəyən vətəndaşlar artıq müraciət ediblər.
Qurum bildirib ki, bir gün əvvəl Venesuelaya humanitar yardım və 250 xilasedici çatdırılıb.
XİN həmçinin qeyd edib ki, Karakasdakı Meksika səfirliyi zəlzələdən sonra Venesuelada yaşayan və ya müvəqqəti olan 73 Meksika vətəndaşı ilə əlaqə saxlayıb.
Nazirliyin məlumatına görə, həmin şəxslərin hamısı təhlükəsiz ərazilərdədir və səhhətlərində problem yoxdur.
Mənbə: anews.az