Image

Ülviyyə Fətəliyevanın Rodos triumfu - VİDEO

Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olan həmyerlimiz Ülviyyə Fətəliyevaya kubokunun verilmə anının görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, sözügedən videonu Avropa Şahmat İttifaqının rəsmi sosial şəbəkə hesabı paylaşıb.

Ülviyyə Fətəliyeva qalib kürsüsünə çiyinlərinə üçrəngli bayrağımızı ataraq çıxıb.

Xatırladaq ki, Avropa çempionatının qalibi olan 27 yaşlı qrosmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb.

Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib.

BAKU.WS

Xəbər lenti

Xəzərdə zəlzələ olub