Baku Medical Plazada daha bir unikal əməliyyat keçirilib - FOTO/VİDEO
Baku Medical Plaza-nın “Plastik-Rekonstruktiv Cərrahiyyə” komandası növbəti uğurlu əməliyyata imza atıb.
Baku Medical Plaza klinikalar şəbəkəsinin Medilux filialının Plastik-rekonstruktiv cərrahı, Tibb üzrə fəlsəfə doktoru, İSAPS üzvü PhD. Həkim Dilqəm Məhərrəmovun həyata keçirdiyi “V formalı flab ilə kollumela defektinin bərpası, qabırğa qığırdağı ilə rekonstruktiv rinoplastika” əməliyyatı uğurla tamamlanıb. Yenidən normal həyatına qayıdan pasiyentimiz Medilux komandasına təşəkkür edib.
PhD. Həkim Dilqəm Məhərrəmov:
“Baku Medical Plazanın Medilux filialı tərəfindən təqdim edilən tibbi xidmətlər xəstələrin xarici mərkəzlərə üz tutması ehtiyacını tam aradan qaldırır.
Təcrübəli və peşəkar komandamız, müasir texniki avadanlıqlarımız sayəsində əksər riskli əməliyyatları uğurla icra etmək əzmindəyik. Adətən Rinoseptoplastika əməliyyatlarından sonra müxtəlif ağırlaşmahallarının statistik göstəriciləri orta hesabla 5-7% təşkil edir.
Bəzən onlar mürəkkəb kombinasiyalı şəkildə meydana gəlir və sonradan bərpa olunması prosessi çox çətinləşir. Sizə bu cür ağırlaşma halı ilə üzləşmiş pasiyentimiz haqqında videonu təqdim edirik".
Qeyd etmək istərdik ki, Baku Medical Plaza 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Hazırda Babək, Mərkəz və Medilux filiallarımız vətəndaşlara xidmət edir.
BAKU.WS
