AFFA-nın yeni prezidentindən göstəriş
AFFA-nın yeni prezidenti qurumun maliyyə hesabatı ilə dərindən tanış olmaq niyyətindədir.
BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, yoxlama yalnız son 1-2 ili əhatə etməyəcək. Rövşən Nəcəf daha əvvəlki illərə aid xərc və gəlirləri öyrənmək fikrindədir.
O, bununla bağlı ətraflı raport hazırlanmasını istəyib.
Hesabat qarşıdakı 10-15 gün ərzində onun masasının üstündə olmalıdır. Çünki həmin müddətdə AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin ikinci geniş toplantısı keçiriləcək.
Qeyd edək ki, Rövşən Nəcəf aprel ayının 2-dən etibarən AFFA-nın prezindenti vəzifəsini icra edir.
BAKU.WS