Image

"The Independent": Klopp "Borussiya Dortmund"a qayıda bilər

Dortmund "Borussiya"sının rəhbərliyi bu mövsümün sonunda "Liverpul"dan ayrılacaq Yurgen Kloppun kluba qayıtma ehtimalını araşdırır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The İndependent" nəşri yazır.

Mənbənin məlumatına görə, Klopp Dortmund komandasının strukturunda rəhbər vəzifələrdən birini tuta bilər.

Qeyd olunur ki, alman mütəxəssisin kluba qayıtması məsələsinə 2025-ci ilin yayına kimi baxılacaq.

Xatırladaq ki, bu ilin yanvar ayının sonunda Yurgen Klopp 2008-ci ilin iyul ayından çalışdığı Dortmund "Borussiya"sından keçid etdiyi və 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi "Liverpul"dan cari mövsümün sonunda ayrılacağını açıqlamışdı.

"Borussiya Dortmund" Almaniya Bundesliqasında 31 oyundan sonra 57 xal toplayaraq 5-ci yerdədir.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb