Image

Samuxda qarayaraya görə kəndə giriş-çıxışa nəzarət gücləndirilib

Samux rayonunun Alıuşağı kəndində qeydə alınan qarayara hadisəsi ilə əlaqədar nəzarət və profilaktik tədbirlər gücləndirilib, kəndin girişində nəzarət postu yaradılıb. 

Kəndə giriş-çıxış istiqamətlərində Rayon Baytarlıq İdarəsinin əməkdaşları təsərrüfat və digər nəqliyyat vasitələrini dezinfeksiya edirlər.

Kənddən ət və süd məhsullarının daşınmasına, həmçinin məhsulların daşınması zamanı müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət edilir.

Bununla yanaşı, yoluxma hallarının qarşısının alınması məqsədilə Alıuşağı kəndində kənd təsərrüfatı heyvanları arasında təkrar monitorinq aparılır və heyvanların peyvəndlənməsi həyata keçirilir.

Samux rayonunda qarayara şübhəsi ilə bağlı ilkin epidemioloji araşdırma zamanı xəstəliyə şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. İlk şübhəli şəxsdən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib. Hadisə ilə əlaqədar təmasda olan şəxslər tibbi müşahidəyə cəlb edilib.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb

Sabah 37 dərəcə isti olacaq