Image

Mirzoyandan Zaxarovaya sərt reaksiya: "Bu qadın yalan danışır"

Ermənistan 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərinə müraciət etsə də, gözlədiyi dəstəyi ala bilməyib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib. 

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına toxunan nazir qeyd edib.

"Bu qadının bəyanatı həqiqəti əks etdirmir. Reallıq, o cümlədən KTMT məsələsində tamamilə fərqli idi. Biz ikitərəfli sənədlər çərçivəsində Rusiyaya və iki dəfə 4-cü maddə üzrə KTMT-yə kömək üçün müraciət etdik. Müdaxilə tələbimiz bizim yerimizə döyüşmək anlamına gəlmirdi, lakin ümid etdiyimiz yardımı ala bilmədik".

Mirzoyan bundan sonra Zaxarovanın bəyanatlarını şərh etməyəcəyini və müəyyən məqamdan etibarən onun çıxışlarını izləməyi dayandırdığını əlavə edib. 

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

ABŞ Rusiyaya şərt qoydu

Bu ərazilərdə qaz olmayacaq