Qızıl ucuzlaşır, gümüş bahalaşır
Dünya birjalarında qızılın qiyməti eniş nümayiş etdirdiyi halda, gümüş bahalaşmaqda davam edir. İnvestorlar Yaxın Şərqdəki vəziyyəti və ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətinə təsir göstərə biləcək əmək bazarı göstəricilərini təhlil edirlər.
"Reuters"in məlumatına görə, qızılın spot qiyməti 0,4% ucuzlaşaraq bir troya unsiyası üçün 4 428,54 dollara düşüb. Qızıl qiymətlərinə FED rəhbəri Kevin Uorşun sərt açıqlamalarından sonra faiz dərəcələrinin artırılacağına dair güclənən gözləntilər təzyiq göstərir. Yüksək faiz mühiti faiz gəliri gətirməyən qızıla olan tələbatı azaldır.
N.Təbrizli
Mənbə: anews.az