Image

Bitkoin və kriptovalyutalar bahalaşdı

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə müsbət dinamika müşahidə olunur. "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin" son 24 saatda 1,16% bahalaşaraq 78 721,07 dollara yüksəlib.

Digər aparıcı kriptovalyutalardan "Ethereum" 2,10% artaraq 2 474,89 dollara, BNB 1,13% artaraq 693,81 dollara, "Solana" isə 1,74% yüksələrək 103,88 dollara çatıb. Eyni zamanda "Zcash" 4,81% bahalaşaraq 859,01 dollar, "Monero" 2,67% artaraq 516,71 dollar, "Bitcoin Cash" 1,55% yüksələrək 248,10 dollar, "Bittensor" isə 1,38% artaraq 231,07 dollar olub. Qızıl əsaslı tokenlərdən "PAX Gold" (PAXG) 4 438,91 dollara (+0,42%), "Tether Gold" (XAUT) isə 4 430,28 dollara (+0,40%) yüksəlib. "CoinMarketCap 20" indeksi 1,63% artaraq 161,31 bənd təşkil edib.

Bazardakı artımı dollar indeksinin zəifləməsi və alternativ aktivlərə tələbatın saxlanması dəstəkləsə də, FED-in sentyabrda faiz artımına gedəcəyi gözləntiləri və ABŞ istiqraz gəlirlərinin yüksəlməsi riskli aktivlərə təzyiq göstərməkdə davam edir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

ABŞ Rusiyaya şərt qoydu

Bu ərazilərdə qaz olmayacaq