Image

ABŞ Rusiyaya şərt qoydu

ABŞ Rusiya ilə Ukrayna arasındakı müharibə başa çatana qədər rəsmi Moskva ilə heç bir iqtisadi güzəşt və ya digər razılaşmaları müzakirə etməyəcək. Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent ilə Rusiyanın maliyyə naziri Anton Siluanov arasında keçirilən ikitərəfli görüşün yekunlarına dair "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Siluanov "qarşılıqlı maraq doğuran sahələri" müzakirə etməyə çalışarkən Bessent onun sözünü kəsərək, "Münaqişə bitməyənə qədər heç nə mümkün deyil" deyə cavab verib. Danışıqlarda əsas diqqətin ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planına yönəldiyi bildirilir. 

ABŞ-ın Eşvill şəhərində baş tutan görüşün sentyabrın 1-də davam etdirilməsi planlaşdırılır. Rusiya Maliyyə Nazirliyi tərəflərin G20 çərçivəsində və maliyyə sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdiyini açıqlayıb.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

ABŞ Rusiyaya şərt qoydu

Bu ərazilərdə qaz olmayacaq