Image

Pensiya yaşının artırılması müzakirə olunur? - nazirlikdən cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda pensiya yaşının qadınlar üçün 68, kişilər üçün isə 70 yaşa qaldırılması ilə bağlı hər hansı təklifin olmadığını və məsələnin müzakirə edilmədiyini açıqlayıb. Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Bəzi media resurslarında Azərbaycanda pensiya yaşının qadınlar üçün 68, kişilər üçün isə 70 yaş müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığına dair məlumatlar yayılıb.

“Belə bir mövzu yoxdur, müzakirə edilmir. Media və sosial şəbəkədə fəaliyyət göstərənləri rəsmi məlumatlara istinad etməyə dəvət edirəm", - nazirlik sorğuya cavabda qeyd edib.

Hazırda Azərbaycanda qüvvədə olan tələblərə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65 olaraq müəyyən edilib.

Gülnar Nazimqızı 

 

Mənbə: anews.az

Xəbər lenti

Züleyxa Hacıyeva vəfat edib

Netanyahu Qəzzaya gedib