Image

“Azeri Light” neftinin qiyməti 101,96 dollara yüksəlib

 

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 4,35 dollar və ya 4,46% artaraq 101,96 dollar təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 98,49 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 4,47 dollar və ya 4,72% artaraq 99,21 dollara çatıb.

Beləliklə, “Azeri Light”ın qiyməti Azərbaycanın 2026-cı il dövlət büdcəsində hesablanan 65 dollarlıq orta neft qiymətindən 36,96 dollar, yəni təxminən 57% yüksəkdir.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycanda “Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3% təşkil edir.

Mənbə: anews.az

Xəbər lenti

Züleyxa Hacıyeva vəfat edib

Netanyahu Qəzzaya gedib