Image

Əliyev San Marino rəhbərlərini milli bayram münasibətilə təbrik edib

 

Azərbaycan Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Prezident məktubunda San Marino xalqına əmin-amanlıq və firavanlıq, Regent Kapitanlarına isə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıb.

“San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram”, - məktubda deyilir.

İlham Əliyev həmçinin San Marino xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Mənbə: anews.az

Xəbər lenti

Züleyxa Hacıyeva vəfat edib

Netanyahu Qəzzaya gedib