Image

Yeni təyin olunan sədr kimdir? - Dosye

 

41 yaşlı Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

O.Xaliyev 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” ixtisası üzrə magistr təhsili alıb. 2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA proqramında təhsil alıb.

Əmək fəaliyyətinə 2010-cu ildə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis kimi başlayıb. 2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi üzrə fəaliyyət göstərən müxtəlif şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrində işləyib.

Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci il iyunun 1-dən isə sədr müavini olub. 2022-ci il noyabrın 15-də Fondun İdarə Heyətinin sədri təyin edilib.

 

Mənbə: anews.az

Xəbər lenti

Putin Əliyevə zəng edib