Image

Azərbaycan regional yaşıl enerji dəhlizlərini inkişaf etdirir

Azərbaycan Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Avropa arasında yaşıl enerji əlaqələrinin genişləndirilməsi istiqamətində layihələr həyata keçirir.

Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən paneldə deyib.

O bildirib ki, Azərbaycanın coğrafi mövqeyi bərpa olunan enerji resurslarının, bazarların və infrastrukturun daha geniş regionda əlaqələndirilməsi üçün imkan yaradır.

Abdullayevin sözlərinə görə, Azərbaycan Xəzər–Qara dəniz–Avropa və Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizləri üzrə tərəfdaş ölkələrlə əməkdaşlıq edir.

O qeyd edib ki, Azərbaycan–Naxçıvan–Türkiyə enerji interkonnektoru və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi də bu istiqamətdə mühüm layihələrdəndir.

Agentlik sədri vurğulayıb ki, bütün bu təşəbbüslər Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən daha geniş regional yaşıl enerji şəbəkəsinin yaradılmasına imkan verə bilər.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Putin Əliyevə zəng edib