Image

Çində yük gəmisində baş verən yanğında azı 20 nəfər ölüb

Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

Bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb.

"Xinhua" agentliyinin yaydığı fotoya əsasən, gəminin Liberiya bayrağı altında üzən "Ocean Melody" olduğu müəyyən edilib.

Göyərtədə 42 nəfər olub, onlardan 12-si təxliyə edilib.

Gəmi Çinin şərq sahillərindəki iri dəniz qovşağı olan Sindao limanında yerləşən "Beihai Shipbuilding Co." tərsanəsində təmirdə olub.

Çin sədri Si Cinpin təcili olaraq xilasetmə əməliyyatının keçirilməsi və itkin düşənlərin axtarışının təşkil edilməsi barədə göstəriş verib.

Mənbə: anews.az

Xəbər lenti