Image

Azərbaycanın xarici ticarət dövriyyəsi 7 ayda 30 milyard dolları ötüb

 

Azərbaycanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyulda 30 milyard 17,4 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Hesabat dövründə ölkənin xarici ticarət əməliyyatlarında 173 ölkənin tərəfdaşları iştirak edib. Azərbaycan 121 ölkəyə məhsul ixrac edib, 160 ölkədən isə məhsul idxal edib.

Yanvar-iyulda 10 milyard 256 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6,9% artıb, real ifadədə isə 15,1% azalıb.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Xəzərdə zəlzələ olub