COP31-in iştirakçıları üçün xüsusi viza rejimi tətbiq ediləcək
COP31-in iştirakçıları üçün xüsusi viza rejimi tətbiq ediləcək.
Bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "COP31 üzrə logistika brifinqi”ndə deyib.
O bildirib ki, COP31-də iştirak edəcək bütün tərəflər üçün viza prosedurlarının sadələşdirilməsi təmin ediləcək: “Viza üçün Katibliyin qeydiyyat təsdiqi ilə göndərilən elektron poçtdakı keçid vasitəsilə və Türkiyə Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri üzərindən müraciət etmək mümkündür. Gələn həftədən etibarən veb-səhifədə müvafiq keçid istifadəyə veriləcək".
Mənbə: anews.az