Image

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiqlənib

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib. Bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Ehtiyatları Agentliyinə səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Mənbə: anews.az

Xəbər lenti