Image

Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur

 

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur. Bu barədə Apa məlumat yayıb. 

Qasımov barəsində cinayət işi üzrə istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması gözlənilir. İş üzrə ittihamların məhkəmə araşdırması zamanı qiymətləndiriləcəyi bildirilir.

Sultan Qasımov 2009-cu ildə Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərində ilk baş konsulu təyin olunub və 2016-cı ildə bu vəzifədən geri çağırılıb. Həmin il mayın 3-də Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu təyin edilən Qasımov 2024-cü il oktyabrın 21-də vəzifəsindən geri çağırılıb.

Mənbə: anews.az

Xəbər lenti

Xəzərdə zəlzələ olub