OPEC: İyulda BTC ilə neft ixracı 8 % azalıb
2026-cı ilin iyulunda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 503 min barel təşkil edib.
Bu ilin iyunu ilə müqayisədə iyul ayında BTC ilə neft nəqli 8 % və ya gündəlik 44 min barel azalıb.
Ümumilikdə, bu ilin iyulunda BTC boru kəməri ilə neft nəqli keçən ilin iyul göstəricisinə nisbətən 3 % və ya 14 min barel/gün azalıb.
BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.
Mənbə: anews.az