Image

Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır

Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus bütün mülki və hərbi təyyarələr üçün hava məkanını bağlayacaq.Bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qadağa BƏƏ-yə məxsus təyyarələrin Əlcəzairdəki Həvari Bumədiyen Beynəlxalq Hava Limanına həyata keçirdiyi kommersiya reyslərinə şamil olunmayacaq.

Bu reyslərin hazırkı müqavilənin müddətinin başa çatdığı 2026-cı ilin sonunadək davam etdirilməsinə icazə veriləcək.

Qeyd edək ki, sentyabrın 10-da Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Əlcəzair Xarici İşlər Nazirliyi qərarı BƏƏ-nin “təxribatçı və düşmənçilik xarakterli” addımları ilə əsaslandırıb və ikitərəfli münasibətləri qorumaq üçün bütün imkanların tükəndiyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti