Brent neftinin qiyməti 108 dolları ötüb
Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında mayın 21-dən bəri ilk dəfə 108 ABŞ dollarını ötüb.
Bakı vaxtı ilə saat 22:10-da Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 6,78% artaraq bir barel üçün 108,07 dollara yüksəlib.
Saat 22:15-də artım sürətlənib. Brent fyuçerslərinin qiyməti 6,89% bahalaşaraq 108,18 dollara çatıb.
Eyni zamanda, WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 7,13% artaraq bir barel üçün 102,90 dollar olub.
Mənbə: anews.az