Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb
Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb. Bunu bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
“Məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün birinci istiqamət mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə etməkdir. Tələbat olan ərazilərdə yeni qrupların yaradılması, təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb”,- o bildirib.
Mənbə: anews.az