Yeni nəsil kassa aparatları ilə dövriyyə 26 milyard manatı ötüb
2026-cı ilin yanvar-oktyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 395,5 milyon manat, yaxud 14,9 faiz çoxdur.
Bu barədə Dövlə Vergi Xidməti məlumat yayıb.
İndiyədək ölkə ərazisində 117.553 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Mənbə: anews.az