Əli Əhmədovun yerinə Teymur Musayev təyin edilib
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub.
Bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.
Mənbə: anews.az