Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 13-də güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mənbə: baku.ws