Image

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, helikopter Malatyanın Yeşilyurt rayonunun Samanköy ərazisində naməlum səbəbdən qəzaya uğrayıb.

Nazirliyin açıqlamasında helikopterin qalıqlarının aşkar edildiyi və ərazidə axtarış-xilasetmə işlərinə başlanıldığı qeyd olunub.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti