Siqaret satışı azalır, şirkətlər görün nəyi təbliğ edir…
İri tütün istehsalçıları siqaret satışlarının azalması fonunda "ağ snyus" adlanan məhsulu fəal şəkildə təşviq etməyə başlayıblar.
Gundem.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, şirkətlər siqaret və ümumilikdə tütün məhsullarına tələbatın azalmasını müşahidə edirlər. Mənfəəti qorumaq məqsədilə istehsalçılar sintetik nikotin əsaslı yastıqcıqlardan ibarət olan "ağ snyus"un istehsalına ciddi sərmayələr yatırırlar.
Həkimlər isə bu nikotin qəbul forması ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, "ağ snyus"un orqanizmə təsiri hələ tam öyrənilməyib və bu məhsul klassik tütün istifadəsinə nisbətən daha böyük təhlükə yarada bilər.